Saytımızı qiymətləndirin


 
 

Qobustanda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub
Tarix: 10-04-2026 | Saat: 16:12
Bölmə:Karusel / Sosial | çapa göndər

Qobustanda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri Cəfərov Balazər Fazil oğlu və Ağayev Vüsal Ramiz oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Bu barədə Qarabaginfo.az-a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə B.Cəfərov üçün telefon təmiri, V.Ağayev üçün isə avtomobil şinlərinin bərpası və təmiri xidmətləri üzrə kiçik təsərrüfatlar qurulub. Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edilib ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Qobustan rayonunda 555 şəxs üçün kiçik təsərrüfatlar qurulub.



Xəbəri paylaş

77 dəfə oxunub.

Digər xəbərlər