Saytımızı qiymətləndirin


 
 

Bağça müəllimlərinin yerdəyişməsi sabah başlayır
Tarix: 02-04-2026 | Saat: 16:13
Bölmə:Karusel / Təhsil | çapa göndər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.

Bu barədə Qarabaginfo.az-a BŞTİ-dən məlumat verilib.

Müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər 3-9 aprel tarixlərində müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən yalnız birini seçə bilər.

“İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:

-Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);

 

– Şəxsiyyət vəsiqəsinin surəti;

 

– İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

 

– Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

 

– Diplomun surəti;

 

– Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.

Müsabiqədə iştirak etmək istəyən namizədlər ərizə forması və vakant yerlər barədə məlumatla aşağıdakı linklər vasitəsilə tanış ola bilərlər”, – məlumatda qeyd olunub.



Xəbəri paylaş

278 dəfə oxunub.

Digər xəbərlər