Saytımızı qiymətləndirin


 
 

Gürcüstandakı seçkilərdə beynəlxalq müşahidəçi statusu yalnız əcnəbilərə veriləcək
Tarix: 02-03-2026 | Saat: 16:22
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstandakı seçkilərdə beynəlxalq müşahidəçi statusu yalnız əcnəbilərə veriləcək

Gürcüstanda seçkilər zamanı beynəlxalq müşahidəçi kimi yalnız yaşı 18-dən yuxarı olan xarici ölkə vətəndaşı qeydiyyata alınacaq.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı hakim "Gürcü Arzusu" partiyasından olan deputatlar ölkənin Seçki Məcəlləsinə dəyişikliklər layihəsi hazırlayıblar.

Layihənin həmmüəllifi, Gürcüstan parlamentinin Prosedur məsələlər üzrə komitəsinin sədri Davit Matikaşvili bildirib ki, beynəlxalq müşahidəçi Gürcüstan vətəndaşı olmadığı zaman siyasi cəhətdən daha qərəzsiz yanaşma sərgiləyəcək.

Beynəlxalq müşahidəçini müşayiət edəcək tərcüməçinin qeydiyyata alınması proseduru da qanunla müəyyənləşdiriləcək.

Prosedur məsələləri üzrə komitə ilk dinləmədə qanun layihəsini dəstəkləyib.

Qeyd edək ki, bu vaxta qədər Gürcüstanda keçirilən seçkilərdə beynəlxalq təşkilatların müşahidə missiyalarında yerli vətəndaşlar da təmsil olunurdular.



Xəbəri paylaş

75 dəfə oxunub.

Digər xəbərlər