Saytımızı qiymətləndirin


 
 

Valentina Matviyenko Mehriban Əliyevaya təbrik məktubu göndərib
Tarix: 01-09-2020 | Saat: 16:50
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

Valentina Matviyenko Mehriban Əliyevaya təbrik məktubu göndərib

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.

Qarabaginfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.

Siz öz əzmkarlığınız, peşəkarlığınız və insanlarla işləmək bacarığınız, həssaslıq və xeyirxahlığınızla həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda hörmət qazanmısınız. İkitərəfli və beynəlxalq gündəliyin çox məsələlərini müzakirə etdiyimiz, onların həlli üçün ümumi yolları tapdığımız görüş və söhbətlərimizi həmişə xoş duyğularla xatırlayıram.

Aramızda yaranmış etimadı çox yüksək dəyərləndirirəm.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasında Sizin beynəlxalq münasibətlərin humanistləşdirilməsinə verdiyiniz əhəmiyyətli töhfənizi və bəşəri sosial-mədəni dəyərlərin qorunub saxlanılması və artırılmasında fəal iştirakınızı bilirlər. Sonrakı nəsillərimiz üçün sabit və təhlükəsiz gələcəyin qurulması naminə dünya qadın ictimaiyyətinin həmrəyliyinə yönəlmiş fəaliyyətinizi də yaxşı bilirik və yüksək dəyərləndiririk.

Mehriban xanım, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, ruh yüksəkliyi, sülh, xoş günlər və rifah arzulayıram. Qoy, dostlarınızın və həmkarlarınızın hörməti və dəstəyi, doğmalarınızın və yaxınlarınızın səmimiyyəti və sevgisi hər zaman həyatınızın bəzəyi olsun.

Sizi Rusiyada görməyə hər zaman şad olaram.

Sizə yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”. APA



Xəbəri paylaş

486 dəfə oxunub.

Digər xəbərlər