Saytımızı qiymətləndirin


 
 

Ziyafət Əsgərov: “Silahlı Qüvvələrlə bağlı qanunun dəyişməsinə ehtiyac var”
Tarix: 01-12-2017 | Saat: 14:18
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. "Qarabaginfo" "Modern.az"a istinadən xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qanun layihəsi barədə məlumat verib. O bildirib ki, bu sənəd Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Silahlı Qüvvələrin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir. 


“Habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. Silahlı Qüvvələrin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu qanun və Silahlı Qüvvələrin fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktlar təşkil edir. Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin fəaliyyətinin hüquqi əsasları Azərbaycan Respublikasının müvafiq qanunları ilə müəyyən edilir”. 


Z.Əsgərov bildirib ki, qanun layihəsinin müzakirə edilməsi üçün deputatlarla yanaşı, Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev, Daxili Qoşunları Komandanının müavini–Şəxsi heyət üzrə İdarənin rəisi, general-mayor Vidadi Əliyev və digər hərbi vəzifəli şəxslər Milli Məclisə dəvət olunub. 


Parlamentin  Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Ziyafət Əsgərov deyib ki, hazırda qüvvədə olan “Silahlı Qüvvələr haqqında” qanun 1991-ci ilin oktyabr ayının 9-da qəbul edilib. 


“Bu, həcmcə kiçik bir qanundur. O dövr üçün Silahlı Qüvvələrinin hüquq statusunu tənzimləmək baxımından lazımlı qanun idi. Nəzərə alaq ki, biz 1995-ci ildə Azərbaycanın ilk Konstitusiyasını qəbul etdik. İlk konstitusiyanın qəbul edildikdən sonra çoxlu sayda hərbi qanunvercilik aktları qəbul etmişik”. 


O xatırladıb ki, ötən il sentyabr ayının 26-da Konstitusiyaya əlavə və dəyişiklik edilməsi ilə bağlı referendum keçirilib: 


“Konstitusiyanın təsbit olunmuş 9-cu maddəsinin mətnində dəyişiklik edilib. Hal-hazırda qüvvədə olan qanunda söhbət Silahlı Qüvvələrdən getsə də, əslində söhbət ordunun statusundan gedirdi. Diqqət etsəniz Quru Qoşunları, Hava Hücumundan Müdafiə Qoşunları və Dəniz qoşunlarından söhbət gedirdi. Yeni qanun layihəsində isə Silahlı Qüvvələr ordu və digər silahlı birləşmələrdən ibarətdir. Bu yeniliyi etdiyimizə görə, qüvvədə olan qanun konsepsiyası dəyişir, yeni qanun meydana gəlməsinə ehtiyac yaranırdı. Yeni qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, əsas vəzifələri, idarəolunması və hərbi quruculuq məsələlərini nəzərdə tutur. Qanun layihəsi 5 fəsildən ibarətdir. Bu qanun layihəsində ilk dəfə olaraq Azərbaycan Respubliaksı Silahlı Qüvvələrin, ordunun anlayışı verilir. Digər qoşun birləşmələrinin anlayışı verilir. Bu qanun layihəsi hazırlanarkən 2010-cu ilin 8 iyun tarixli Milli Məclisin qərarı ilə təsdiq edilmiş Hərbi doktrinası və cənab prezidnetin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhlükəsizlik konsepsiyasının müddəaları əsas götürülüb. Hər üç normativ sənəd bir məqsədə xidmət edir. Bu qanun layihəsi çərçivə qanunu olduğu üçün gələcəkdə bu qanunda çıxış edərək digər qanunlarımız da hazırlanacaq”.


Deputat Siyavuş Novruzov deyib ki. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi konseptual baxımdan mükəmməl hazırlanıb. 

“Layihədə Silahlı Qüvvələrin fəaliyyəti, sosial təminatı və digər məsələlər burada öz əksini tapıb. Son 26 ilə nəzərə salsaq, Azərbaycanın silahlı qüvvələrinin keçdiyi yol Ulu Öndərin adı ilə bağlıdır. Ümumilli liderin arzusu Azərbaycanda güclü silahlı qüvvələrin olması idi. Yeni hazırlanan qanundan da görünür ki, Azərbaycanın ordusu Cənubu Qafqazın ən güclü ordusuna çevrilib”. 

Deputat bildirib ki, qanunda ütün məsələlərə həssaslıqla toxunulub. 

“Hazırki dövrdə bu qanun hazırlanması və tez bir zamanda tez bir zamanda qəbuluna ehtiyac var. Bilirsiniz kimi bir neçə gün bundan öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısında yeni silahlı birləşmələrin yaradılması haqqında qərara qəbul edilib. Bildiyiniz kimi, düşmən ölkə Ermənistan da bu müqavilənin üzvüdür. Ermənistan bir tərəfdən Avropa İttifaqı, digər tərəfdən də KTMT-də qoşun növlərinə qoşulur ki, bir-birinin ərazisinə daxil olduqda onlara yardım edilsin. Bu, həm Ermənistan. həm də onlara şərait yaradanların iki üzlülüyüdür. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda silahlı qüvvələrlə bağlı qanun qəbul edilməsi vacibdir”. 

Qanun layihəsində silahlı qüvvələrə nəzarətin Ali Baş Komandana həvalə edilməsinin yüksək qiymətləndirən deputata söyləyib ki, vahid nəzarət mexanimzi Ali Baş komandanın bnəzarəti altında olmalıdır.

 “Türkiyədə Süleyman Dəmirəlin hakimiyyətə dövründə nəzarətin parlamentə həvalə edilməsi nəticəsində orada 8 dəfə dövlət çevrilişi olub”. 

Deputat qeyd edib ki, ordu cəmiyyətin bir hissəsidir. “Cəmiyyətdə baş verənləri orduya daşımaq olmaz. Kimin ailəsində nə baş versə, onun orduya daşımasın. İctimai nəzarət silahlı qüvvələri dedi-qodu mənbəyinə çevirirsə, o işin heç bir əhəmiyyəti olmaz. Ümumilikdə isə Azərbaycan ordusu, silahlı qüvvələri bu gün həm təchizat, həm fiziki, həm də mənəvi hazırlıq baxımından yüksək əhval-ruhiyyədədir. Ordumuz Ölkəmizin ərazilərinin işğaldan azad edilməsinə hazırdır”. 

“Silahlı Qüvvələr haqqında” qanun lıayihəsi birinci oxunuşda qəbul edilib.

 



Xəbəri paylaş

647 dəfə oxunub.

Digər xəbərlər