Saytımızı qiymətləndirin


 
 

Adil Qəribov “Şöhrət” ordeni ilə təltif edildi
Tarix: 27-03-2020 | Saat: 17:49
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Adil Abdulxalıq oğlu Qəribovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Adil Abdulxalıq oğlu Qəribov “Şöhrət” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Adil Qəribov 28 mart 1950-ci ildə Şəki rayonunun İbrahimkənd kəndində anadan olub. Sabah onun 70 yaşı tamam olur.

A.Qəribov Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir və həqiqi üzvüdür.

2005-ci ildə Əməkdar Elm Xadimi adına layiq görülüb.



Xəbəri paylaş

379 dəfə oxunub.

Digər xəbərlər