Saytımızı qiymətləndirin


 
 

Ölkəyə idxal edilən bəzi tibbi məhsullar əlavə dəyər vergisindən azad edildi  - FƏRMAN
Tarix: 27-03-2020 | Saat: 17:45
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı artırılıb.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısına daha bir neçə tibbi məhsul əlavə olunub.

Beləliklə, Azərbaycana idxal edilən baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar əlavə dəyər vergisindən azad edilib.

S/S Kod Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları
28. 3926200001 Baxillər
29. 4015190001 Steril və qeyri-steril əlcəklər
30. 6307909801 Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar

Bu fərman 2020-ci ilin iyunun 1-dək qüvvədədir.



Xəbəri paylaş

393 dəfə oxunub.

Digər xəbərlər