"Parlaq erudisiyanız, həssaslığınız və məsuliyyətiniz..." - Birinci vitse-prezidentdən TƏBRİK
Tarix: 28-11-2018 | Saat: 18:27
Bölmə:Manşet / Karusel / Mədəniyyət | çapa göndər
682 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-11-2018 | Saat: 18:27
Bölmə:Manşet / Karusel / Mədəniyyət | çapa göndər
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xalq rəssamı Tahir Teymur oğlu Salahova təbrik məktubu ünvanlayıb.
"Qarabaginfo" təbrikin mətnini təqdim edir:
"Hörmətli Tahir Teymur oğlu.
Bu gün Azərbaycanda əlamətdar tarix – Böyük Ustad, planetar miqyaslı rəssam, gözəl pedaqoq və ictimai xadim Tahir Salahovun yubileyi qeyd edilir.
Hörmətli Tahir Teymur oğlu, Sizi haqlı olaraq təsviri incəsənətin canlı klassiki və bütöv bir üslubun banilərindən biri hesab edirlər. Sizin əsərləriniz dünya mədəniyyəti xəzinəsinə, XX və XXI əsrlərin təsviri incəsənətinin "qızıl fondu”na daxildir. Onlar Azərbaycan rəngkarlığının inkişafında və daha geniş miqyasda bütöv bir dövr təşkil edir. Siz əsərlərinizdə altmışıncı illərin azadlıq ruhunu böyük ustad müdrikliyi ilə, təkrarolunmaz bənzərsizliyi həyatın bütün müxtəlifliyində görmək bacarığı ilə, şəksiz istedadı və ən yüksək ustalığı asanlıqla tanınan müəllif üslubu ilə heyrətamiz şəkildə birləşdirməyə nail olmusunuz. Bu, həqiqətən əsrlər boyu yaşamağa qabil olan əsil sənətdir.
Hörmətli Tahir Teymur oğlu.
Ola bilsin, bunu deyənlər haqlıdır ki, həqiqi sənətkar yaşadığı dünyanı sevməlidir. Sizin yaradıcılıq dünyanız parlaq və rəngarəngdir. Onun fərqləndirici cəhəti doğma ölkənizə - Azərbaycana həqiqi, səmimi vətənpərvərlik, dərin və ülvi sevgidir.
Siz həm çoxsaylı həmvətənlərimiz, həm də dünya yaradıcı ziyalılarının nümayəndələri üçün ən yüksək insani keyfiyyətlərin nümunəsi olmusunuz və belə olaraq qalırsınız. Parlaq erudisiyanız, həssaslığınız və məsuliyyətiniz Sizə ətrafdakı insanların sevgisini və dərin hörmətini qazandırıb. Siz, hörmətli Tahir Teymur oğlu, sadəcə böyük rəssam deyil, həm də heyrətamiz insan və gözəl müəllimsiniz. Dünya şöhrətli tanınmış ustad olmağınıza baxmayaraq, yaradıcı axtarış cəsarətini itirməmisiniz və yaradıcılıq enerjiniz əvvəlki kimi aşıb-daşır.
Hörmətli Tahir Teymur oğlu.
Yubileyiniz münasibətilə ən səmimi, ürəkdən gələn təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, ailə səadəti, bizi, Sizin böyük istedadınızın pərəstişkarlarını sevindirmək üçün əmin-amanlıq və yeni zəfərlər arzulayıram.
Xəbəri paylaş
Digər xəbərlər
24-03-2023, 12:43
Şənbə gününün havası - Yağmursuz, 23 dərəcə isti...
6-11-2021, 07:34
Vətən müharibəsi: Xankəndidə silah anbarı məhv edildi
21-03-2022, 01:09
Putin Zelenskini öldürmək üçün "Vaqner"i göndərdi - UMK
21-04-2022, 00:46
Münaqişə başlayandan Ukraynaya 1 milyon nəfər qayıdıb
10-04-2026, 14:13
18 ay sonra bəraət aldı - “Balıq tutduğuma inanmamışdılar”
22-06-2023, 14:16
Polşada azərbaycanlı tələbənin meyiti göldən tapıldı - FOTO
20-11-2021, 11:21
Məxfilik rejimini kobud pozan bir qrup hərbçi ordudan tərxis olundu
4-08-2025, 12:09
Novxanı qəsəbəsinin bəzi hissələrində işıq olmayacaq
11-08-2021, 15:29
Nazirlik: “Azərbaycanda iki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil”
31-03-2022, 18:45
Azərbaycan və Rusiya Prezidentləri üçtərəfli bəyanatların icrasının vacibliyini vurğulayıblar







" style="width: 670px; height: 340px;">









