Saytımızı qiymətləndirin


 
 

“Bu, xaricə qoyduğumuz ən böyük sərmayəmizdir” - Əliyev+ Canlı Yayım
Tarix: 19-10-2018 | Saat: 17:24
Bölmə:Manşet / Karusel / İqtisadiyyat | çapa göndər

“Bu, xaricə qoyduğumuz ən böyük sərmayəmizdir”

 

Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir.

"Qarabaginfo" “Qafqazinfo.az”a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan və Türkiyə prezidentləri də iştirak edirlər. Əvvəlcə İlham Əliyevlə Rəcəb Tayyip Ərdoğan terrasdan zavodun ərazisinə baxıblar. 

Dövlət başçılarına “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib. 

"Azərbaycan və Türkiyə iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev "Star" neft emalı zavodunun açılış mərasimində deyib:

"Türkiyə Ərdoğanın liderliyi sayəsində dünya miqyasında böyük gücə çevrilib, dünya çapında söz sahibdir. Bölgədə və dünyada Türkiyə ilə hesablaşırlar. Türkiyənin mövqeyi bir çox hallarda həlledici rol oynayır. Mən dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı ikinci ölkə tanımıram. 

“Star” rafinerinin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Bu bizim xaricə qoyduğumuz ən böyük investisiyamızdır. Bir sözlə, bu gün “Star” neft emalı zavodunun açılışı timsalında birliyimizin, dayanışmamızın, dostluğumuzun əlamətini görürük”. 

 

 

 


 

 



Xəbəri paylaş

578 dəfə oxunub.

Digər xəbərlər