Saytımızı qiymətləndirin


 
 

İlham Əliyev: “Viza rejiminin daha da sadələşdirilməsi üçün əlavə addımlar nəzərdə tutulur - YENİLƏNİB
Tarix: 04-04-2018 | Saat: 18:15
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

” ilham eliyev viza rejiminin daha da sadelesdirilmesi ucun elave addimlar nezerde tutulur yenilenib

Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

"Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir ki, Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransının önəminə toxunan Ənvər Qarqaş Azərbaycanın dövlət başçısı ilə bundan əvvəl keçirilən görüşü məmnunluqla xatırlayıb.

 

Ölkələrimiz arasında əlaqələrə toxunan Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Azərbaycanda turistlər üçün viza rejiminin sadələşdirilməsini yüksək qiymətləndirərək, bunun ölkəsindən xeyli sayda turistlərin Azərbaycana gəlməsi işinə böyük təkan verdiyini vurğulayıb.

 

Dövlət başçısı isə Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransında Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın iştirakının önəmini qeyd edib. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib, BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının ildən-ilə artmasını məmnunluqla vurğulayıb. Dövlət başçısı Azərbaycanda turizmin inkişafı sahəsində görülən işlərə toxunaraq, viza rejiminin daha da sadələşdirilməsi istiqamətində əlavə addımların atılmasının nəzərdə tutulduğunu deyib və BƏƏ-dən gələn turistlərin təkcə Bakıya deyil, regionlara da səfər etmələrinin önəmini qeyd edib.

 

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

*** 16.32

 

Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

"Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.



Xəbəri paylaş

601 dəfə oxunub.

Digər xəbərlər