Saytımızı qiymətləndirin


 
 

FHN dəm qazı təhlükəsi ilə əlaqədar müraciət edib
Tarix: 11-01-2018 | Saat: 16:24
Bölmə:Manşet / Karusel / Sosial | çapa göndər

 

fhn dem qazi tehlukesi ile elaqedar muraciet edib

 

Fövqaladə Halla Nazirliyi(FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.

 

 

"Qarabaginfo" xəbər verir ki, FHN-dən "Apa.az"a verilən məlumata görə, müraciətdə bildirilir ki, qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır.

 

Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir:

 

    qaz cihazı saz və standartlara uyğun olmalı;

    cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

    Havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

    hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

    tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

 

Dəm qazı iysizdir, hiss edilmir! Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

 

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır.

 

Təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur.



Xəbəri paylaş

615 dəfə oxunub.

Digər xəbərlər