Saytımızı qiymətləndirin


 
 

Prezident: “Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır
Tarix: 10-01-2018 | Saat: 17:44
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

prezident dunya birliyi dagliq qarabagi azerbaycanin ayrilmaz erazisi kimi taniyir

“Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır”.

 

"Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

 

Dövlət başçısı bildirib ki, bu, Avropa İttifaqının ( Aİ) Şərq Tərəfdaşlığı sammitinin yekun bəyannaməsində də əksini tapıb.

 

Prezident İlham Əliyev qeyd edib ki, Dağlıq Qarabağda keçirilən qondarma referendumun beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən tanınmaması da bunu təsdiqləyir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabag münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan dövlət başçısı deyib ki, bu münaqişənin həllində Azərbaycanın mövqeyi ədalətlidir və beynəlxalq hüquqa əsaslanır".



Xəbəri paylaş

546 dəfə oxunub.

Digər xəbərlər