Saytımızı qiymətləndirin


 
 

Bakıda zavodda partladı
Tarix: 12-01-2021 | Saat: 10:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yanvarın 11-də saat 13 radələrində Qaradağ rayonu, Qobustan qəsəbə sakini Mustafayev Asif Qazbaba oğlunun işlədiyi yerdə xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna  məlumat daxil olub.

 

Qaradağ rayon prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Qobustan qəsəbəsində yerləşən metaləritmə zavodunda soba fəhləsi işləyən Asif Mustafayev qeyd edilən tarixdə metal əritmək üçün nəzərdə tutulmuş isti sobaya metal qırıntılarını atan zaman partlayış baş verməsi nəticəsində aldığı xəsarətlərdən öldüyü müəyyənləşib.

 

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanıb.

 

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Xəbəri paylaş

292 dəfə oxunub.

Digər xəbərlər