Saytımızı qiymətləndirin


 
 

Merkel qarşıdakı həftələri Almaniya üçün ən çətin dönəm adlandırıb
Tarix: 09-01-2021 | Saat: 16:14
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Merkel qarşıdakı həftələri Almaniya üçün ən çətin dönəm adlandırıb
Angela Merkel

Almaniyada qarşıdakı həftələr COVID-19 pandemiyasının inkişafı baxımından ən çətin dönəm olacaq.

Qarabaginfo.az Reporta.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel bildirib.

“Bu, ölkəmizin və bir çox Avropa ölkəsinin yaşadığı pandemiyanın ikinci təhlükəli dalğasıdır. Görünür, qışın növbəti həftələri pandemiyanın ən ağır mərhələsi olacaq”, - o deyib.

Merkelin sözlərinə görə, bir çox xəstəxanalardakı həkimlər və tibb işçiləri imkanlarının maksimum həddində çalışırlar. Kansler Milad və Yeni il bayramlarının yoluxma sayının artımına təsirini hələ hesablaya bilmədiklərini də sözlərinə əlavə edib.

“Hədəfimiz aydındır – yedi günə yeni yoluxma hallarının sayını xeyli - 100 min əhaliyə ən çoxu 50 yeni hal səviyyəsinə endirməliyik”, - o deyib. “RİA Novosti”



Xəbəri paylaş

327 dəfə oxunub.

Digər xəbərlər