Saytımızı qiymətləndirin


 
 

Dünya Bankı: Rusiya iqtisadiyyatı bu il 2,6% artacaq
Tarix: 06-01-2021 | Saat: 14:33
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Dünya Bankı: Rusiya iqtisadiyyatı bu il 2,6% artacaq

 

İlkin qiymətləndirməyə görə, 2020-ci ildə Rusiya iqtisadiyyatının 4% azalacağını gözləyən Dünya Bankı bu il ölkədə iqtisadi artımın 2,6% olacağını proqnozlaşdırır.

Bu barədə Qarabaqinfo.az-a Dünya Bankının "Global Economic Prospects" hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd edilir ki, COVID-19 pandemiyasının yeni dalğasının ölkədə iqtisadi böyümənin sürətini ləngidir və bu səbəbdən 2021-ci ildə gözlənən 2,6%-lik artım potensial mümkün ola biləcək artımdan azdır. 2022-ci ildə Rusiyada ÜDM-in artım tempinin bir qədər sürətlənərək 3% təşkil edəcəyi gözlənilir. Bu ilin əvvəlində gözlənən COVID-19-a qarşı vaksinasiya sözügedən artım üçün zəmin yaradır.

Bank qeyd edir ki, ümumi iqtisadi artım sənaye-əmtəə qiymətlərindəki yüksəlişi və digər iqtisadi tədbirlərinin davam etdirilməsi ilə daha da dəstəklənəcək. Bu tədbirlərə faiz nisbətlərinin aşağı salınması və daha uyğun maliyyə siyasətinin davam etdirilməsi daxildir. Apa



Xəbəri paylaş

313 dəfə oxunub.

Digər xəbərlər