Ana Sayfa > Karusel / İqtisadiyyat > Dünya Bankı: Rusiya iqtisadiyyatı bu il 2,6% artacaq
Dünya Bankı: Rusiya iqtisadiyyatı bu il 2,6% artacaq6-01-2021, 14:33. Yazar: Admin |
İlkin qiymətləndirməyə görə, 2020-ci ildə Rusiya iqtisadiyyatının 4% azalacağını gözləyən Dünya Bankı bu il ölkədə iqtisadi artımın 2,6% olacağını proqnozlaşdırır. Bu barədə Qarabaqinfo.az-a Dünya Bankının "Global Economic Prospects" hesabatına istinadən xəbər verir. Hesabatda qeyd edilir ki, COVID-19 pandemiyasının yeni dalğasının ölkədə iqtisadi böyümənin sürətini ləngidir və bu səbəbdən 2021-ci ildə gözlənən 2,6%-lik artım potensial mümkün ola biləcək artımdan azdır. 2022-ci ildə Rusiyada ÜDM-in artım tempinin bir qədər sürətlənərək 3% təşkil edəcəyi gözlənilir. Bu ilin əvvəlində gözlənən COVID-19-a qarşı vaksinasiya sözügedən artım üçün zəmin yaradır. Bank qeyd edir ki, ümumi iqtisadi artım sənaye-əmtəə qiymətlərindəki yüksəlişi və digər iqtisadi tədbirlərinin davam etdirilməsi ilə daha da dəstəklənəcək. Bu tədbirlərə faiz nisbətlərinin aşağı salınması və daha uyğun maliyyə siyasətinin davam etdirilməsi daxildir. Apa Geri dön |