Saytımızı qiymətləndirin


 
 

Prezident: "Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm"
Tarix: 05-01-2021 | Saat: 16:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Prezident: Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm

"Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər".

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.

"Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir", - Prezident bildirib.



Xəbəri paylaş

312 dəfə oxunub.

Digər xəbərlər