Saytımızı qiymətləndirin


 
 

Horadizdən Ermənistanla sərhədə qədər yeni yol layihələndirilir
Tarix: 23-12-2020 | Saat: 18:39
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Horadizdən Ermənistanla sərhədə qədər yeni yol layihələndirilir

Horadiz-Mincivan-Ermənistanla dövlət sərhədi avtomobil yolunun çəkilməsi nəzərə tutulur.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Report.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, hazırda həmin yolla bağlı layihələndirmə aparılır.

"Əvvəllər bu yolla Ermənistan ərazisinə keçmək və oradan Naxçıvana getmək mümkün idi. Lakin qonşu ölkənin təcavüzkar siyasəti nəticəsində Naxçıvanla quru yolumuz bağlandı. Torpaqlarımız işğaldan azad edildikdən sonra Ermənistana qədər olan yolun yenidən tikilməsinə ehtiyac var. Yəqin ki, üçtərəfli bəyanatda yer almış, Naxçıvana dəhlizin açılması ilə bağlı bəndə uyğun olaraq gələcəkdə həmin yol Naxçıvan istiqamətində uzadıla bilər", - o qeyd edib.

A.Nəcəfli onu da qeyd edib ki, Horadiz-Mincivan-Ermənistanla dövlət sərhədi yolundan ayrılan Qubadlı-Laçın yolu da layihələndirilir.



Xəbəri paylaş

319 dəfə oxunub.

Digər xəbərlər