Saytımızı qiymətləndirin


 
 

Atasından Bayramla bağlı açıqlama
Tarix: 15-12-2020 | Saat: 11:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Atasından Bayramla bağlı açıqlama

 

“Oğlumla danışmasam da, onun Bakıda olduğu barədə məlumatım var”.

Qarabaginfo.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Şuşa döyüşlərində yaralanaraq, ermənilərə əsir düşən Bayram Kərimovun atası Yaşar Kərimov bildirib.

Onun sözlərinə görə, B.Kərimovun Bakıya gətirilməsi barədə onlara rəsmi qurumlardan kimsə məlumat verməyib:

“Əsirlərlə bağlı xəbəri gördükdən sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxladıq və bildirildi ki, oğlum artıq Bakıdadır. Hələ biz danışmamışıq. Oğlumla birlikdə əsir düşən Amin Musayev ailəsi ilə danışan zaman onlara deyib ki, Bayram mənimlə birlikdə Bakıdadır. Aminin ailəsi zəng etdi və məlumatı mənə çatdırdı”. 

Y.Kərimov qeyd edib ki, hazırda oğlu ilə bağlı xəbər gözləyir.

Qeyd edək ki, əsgər Amin Musayev və Bayram Kərimov Şuşa döyüşlərində yaralanaraq, ermənilərə əsir düşüblər.

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov açıqlamasında bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatına uyğun olaraq “hamının hamıya” prinsipi əsasında əsirlərin mübadiləsi həyata keçirilib.

Onun şəxsi nəzarəti altında Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarəsi ilə Bakıya 12 nəfər çatdırılıb və Azərbaycanın səlahiyyətli orqanlarına təhvil verilib. Azərbaycan tərəfindən Ermənistan tərəfinə 44 nəfər qaytarılıb.

 



Xəbəri paylaş

313 dəfə oxunub.

Digər xəbərlər