Dekabr ayının 10-dan Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoyub. Bəzi mütəxəssislər bunu Rusiyanın Azərbaycana növbəti təzyiqi kimi dəyərləndirir. Bununla əlaqədar millət vəkili Nəsib Məhəməliyev redaksiyamısın suallarına cavab verdi.

 

1. Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoyub. Sizcə bu Rusiyanın Azərbaycana təzyiqinin bir formasıdır yoxsa başaqa səbəbdir?

- Dekabr ayının 10-dan Rusiyanın “Rosselxoznadzor” təşkilatı tərəfindən Azərbaycandan ölkəyə idxal olunan pomidor və almaya tətbiq etdiyi qadağa ilə əlaqədar 200-dən artıq yük maşını sərhəddə gözləyir. Bunun Azərbaycana hansısa təzyiq olduğunu düşünmürəm. Çünki söhbət təkcə Azərbaycandan getmir. Analoji qadağa Türkiyə, Özbəkistan, Qazaxıstan, hətta Ermənistandan idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarına da aiddir.

2. Bu qadağanın Azərbaycanın iqtisadi göstəricilərinə və bu bizneslə məşğul olanların sosial vəziyyətinə təsir edəcəkmi?

Rusiyanın istehlak bazarında Azərbaycan mənşəli kənd təsərrüfatı məhsullarının əhəmiyyətli yer tutduğunu nəzərə alsaq, təbii bu sahədə çalışan iş adamlarına müəyyən təsirləri olacaq. Ancaq düşünürəm ki, bu uzun müddət davam edə bilməz.

3. Bu vəziyyətdə Azərbaycan hökuməti hansı addımlar atmalıdır?

Rusiya-Azərbaycan hökumətlər arası iqtisadi komissiya bu məsələ ilə məşğul olmalı, göstərilən nöqsanların aradan qaldırılması istiqamətində iş adamları ilə sıx şəkildə işləməlidir. Məlumatıma görə danışıqlar aparılır. Yəqin ki, yaxın vaxtlarda problem həllini tapar.  visiontv.az