Saytımızı qiymətləndirin


 
 

Bu il Azərbaycana gələn əcnəbilərin sayı - RƏQƏMLƏR
Tarix: 23-12-2017 | Saat: 15:55
Bölmə:Karusel / Sosial | çapa göndər

Bu il 2 570 014 halda 1 432 700 nəfər əcnəbinin Azərbaycan Respublikasının ərazisinə girişi, 2 579 004 halda isə 1 439 023 nəfər əcnəbinin ölkədən çıxışı qeydə alınıb.

 

"Qarabaginfo" "Modern.az"-a istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətində 2017-ci ilin yekunlarına həsr olunmuş xidməti müşavirədə çıxışı zamanı Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev deyib. Onun sözlərinə görə, ölkəyə girişi qeydə alınmış əcnəbilərdən 720 024 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb.

 

Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 88 743 müraciət daxil olub.

 

Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün 7980 əcnəbiyə iş icazəsi, 537 şəxsə müvəqqəti olma müddətinin uzadılması qərarı, 39 940 şəxsə müvəqqəti yaşama icazəsi, 2983 şəxsə isə daimi yaşama icazəsi verilib. Miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 18 540 əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində müvafiq qərarlar qəbul edilib.

 

Xidmətin Çağrı mərkəzinə 102.629 zəng daxil olub. Xidmət rəisi qeyd edib ki, görülən tədbirlər ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən bu sahədə aparılan işlər daim ciddi nəzarətdə saxlanılmalıdır.



Xəbəri paylaş

604 dəfə oxunub.

Digər xəbərlər