Rusiyalı minaaxtaranlar Dağlıq Qarabağın münaqişədən zərər görmüş ərazilərini minalardan və mərmilərdən təmizləməyə başlayıblar.

Qarabaginfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, regiona Müdafiə Nazirliyinin Ərazilərinin Minalardan Təmizlənməsi Beynəlxalq Mərkəzindən 100 mütəxəssis gəlib.

Təyyarələrdə zirehli personal daşıyıcıları, Uran-6 robot minatəmizləmə sistemləri və xidməti itlər də daşınıb. Minaaxtaranlar yolları və obyektləri minalardan təmizləmək tapşırıqlarını yerinə yetirəcəklər.