Saytımızı qiymətləndirin


 
 

Bakı metrosundan istifadə edənlərin sayı pandemiya səbəbindən yanvar-oktyabrda 61% azalıb
Tarix: 18-11-2020 | Saat: 11:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakı metropoliteni — Vikipediya

Bu ilin yanvar-oktyabr aylarında "Bakı Metropoliteni" QSC 74,7 mln. sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 61,1% azdır.

Dövlət Statistika Komitəsindən Qarasbaginfo.az-a verilən məlumata görə, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 192,3 mln. nəfər olub.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı metrosunda qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan dayandırılıb. "Bakı Metropoliteni"nin fəaliyyəti 9 may 2020-ci il saat 06:00-dan etibarən bərpa edilib. Daha sonra, koronavirusun ikinci dalğası fonunda metronun fəaliyyətin oktyabrın 19-dan noyabrın 2-dək yenidən dayandırılıb və bu müddət noyabrın 2-dən daha bir ay müddətinə uzadılıb.

Xatırladaq ki, indi Bakıda metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq



Xəbəri paylaş

330 dəfə oxunub.

Digər xəbərlər
30-01-2024, 13:23 “İl-76 havada vurulub”