Saytımızı qiymətləndirin


 
 

Putin: “Qarabağ üzrə razılaşmaya əməl edilir”
Tarix: 17-11-2020 | Saat: 16:08
Bölmə:Karusel / Siyasət | çapa göndər

Putin: “Qarabağ üzrə razılaşmaya əməl edilir”

“Rusiya bizə dost olan iki dövlət arasında gedən hərbi əməliyyatları dayandırmağa və onları güzəştli həllə təşviq etməyə yardımçı olmaq üçün aktiv səylər göstərib”.

Qarabaginfo.az xəbər verir ki , bunu Rusiya prezidenti Vladimir Putin

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika (BRİCS) ölkələri sammitində çıxışında bildirib.

“Bizim vasitəçiliyimizin nəticəsində noyabrın 9-da atəşin tam dayandırılması və Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi barədə razılığa gəlinib. Bütün bunlar Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatda qeyd olunub. Vacib olan odur ki, qeyd olunan razılıqlara riayət olunur. Hərbi əməliyyatlar tam dayandırılıb, vəziyyət sabitləşir. Beləliklə, böhranın uzunmüddətli və tam formatlı nizamlanması üçün həm Azərbaycan, həm də erməni xalqlarının maraqlarına uyğun olaraq ədalətli əsaslarla şərait yaradıldı”, - deyə Rusiya prezidenti vurğulayıb. 



Xəbəri paylaş

331 dəfə oxunub.

Digər xəbərlər