Saytımızı qiymətləndirin


 
 

Xaricdəki bu iş adamı Azərbaycana daha çox bağlıdır - Sorğu yekunlaşdı - NƏTİCƏLƏR
Tarix: 19-12-2017 | Saat: 11:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Qarabaginfo" "Modern.az"-in daha bir sorğusun təqdim edir. “Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?” adlı sorğumuz ölkə hüdudlarından kənarda fəaliyyət göstərən məşhur azərbaycanlılarla bağlı idi. 

Qeyd edək ki, adətən öz vətənlərindən xaricdə tanınmış iş adamları, biznesmenlər ən çox sərmayəni doğulub boya-başa çatdırları ölkələrinə yatırmağa çalışırlar. Bu, digər ölkələrə aiddir, Azərbaycanla bağlı durum isə fərqlidir. Xaricdə kifayət qədər iş adamlarımız olsa da, hansısa səbəblərdən ölkə hüdudlarından kənarda fəaliyyət göstərməyə üstünlük verirlər. Onların arasında milliyətcə azərbaycanlılar da var, Azərbaycan əsilli olanlar - burada doğulub, gedənlər də.

Doğrudur,  iş adamları, biznesmenlər, şirkətlər bu məsələyə praqmatik yanaşırlar. Yəni yüz ölçüb-bir biçir, qoyduğu vəsaiti artıqlamasıyla çıxaracaqlarsa, onda sərmayə də yatırılar. Amma ortada vətənpərvərlik faktoru da var. Ölkəyə sərmayə yatırmaya da bilər, əvəzində xaricdə diapora dəstək verə, lobbiçilik işinin təşkilində mühüm rol oynaya, Azərbaycan həqiqətlərini dünyaya tanıdılmasında vacib iştirak edə bilər


Bu dəfəki sorğumuzda xaricdə (əsasən Rusiyada) fəaliyyət göstərən 8 iş adamının adı qeyd edilmişdi.

Sorğunun yekunlarına görə, Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” nın rəhbəri, “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Fizuli Məmmədov daha çox səs toplayaraq, 1-ci olub. O, sorğuda iştirak edənlərin 35,1 faiz səsini alıb.

Sonrakı yerlər aşağıdaki kimi bölüşdürülüb:

Mübariz Mənsimov – 32 faiz;
Araz Ağalarov – 19,4 faiz;
Fərhad Əhmədov – 5,62 faiz;
Telman İsmayılov – 1,75 faiz
Vahid Ələkbərov – 1,64 faiz;
İsgəndər Xəlilov – 1,43 faiz;
Vaqif Məmişov – 1,26 faiz;
Heç biri – 1,06 faiz;
Digərləri – 0,52 faiz.



Xəbəri paylaş

592 dəfə oxunub.

Digər xəbərlər