Saytımızı qiymətləndirin


 
 

DİN vətəndaşlara xəbərdarlıq edib
Tarix: 21-10-2020 | Saat: 16:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

DİN vətəndaşlara xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən Qarabaginfo.az-a daxil olan xəbərdarlıqda deyilir:

"Vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür.

Əhalinin nəzərinə bir daha çatdırırıq ki, qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağlamlığına, ictimai asayişə təhlükə yarada biləcək və ya terror şübhəsi halları ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng mərkəzinə məlumat verilməlidir.

Bununla yanaşı, xatırladırıq ki, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcəkdir".



Xəbəri paylaş

345 dəfə oxunub.

Digər xəbərlər