Saytımızı qiymətləndirin


 
 

Sabahın hava proqnozu
Tarix: 12-10-2020 | Saat: 13:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Mülayim cənub-şərq küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  20-23, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz  40-45 faiz təşkil edəcək.  

Oktyabrın 13-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 12-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz  12-16 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz:

Oktyabrın 13-14-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Sabahın hava proqnozu açıqlanıb | Report.az



Xəbəri paylaş

360 dəfə oxunub.

Digər xəbərlər