Saytımızı qiymətləndirin


 
 

Ermənistanın etdikləri onun KTMT-dan çıxarılmasını aktuallaşdırır
Tarix: 09-10-2020 | Saat: 12:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanın etdikləri onun KTMT-dan çıxarılmasını aktuallaşdırır

“Azərbaycan işğal olunmuş ərazisində əks-hücum əməliyyatı aparır və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinə əsasən, təşkilatın müdaxiləsi üçün heç bir əsas yoxdur”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən brifinqdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov bildirib. Səfərov deyib ki, Kollektiv Təhlükəsizlik MüqaviləsiTəşkilatının (KTMT) Nizamnaməsinin 20-ci maddəsində üzv dövlətlərin Əsasnamənin tələblərini yerinə yetirmədiyi halda üzvlükdən xaric edilməsi halları əksini tapıb: “Burada söhbət BMT Nizamnaməsinin əsas tələblərinin pozulması, işğala yol verməkdən gedir. Hazırkı halda Ermənistan beynəlxalq hüquq normalarını pozub, ərazilərimizi işğal edib, Azərbaycan ərazisində hərbi, insanlıq əleyhinə cinayətlər törədib, Xocalı soyqırımı həyata keçirib. Ona görə də bütün bunlar Ermənistanın təşkilatın üzvlüyünün dayandırılmasını aktuallaşdırır”.



Xəbəri paylaş

333 dəfə oxunub.

Digər xəbərlər
23-06-2022, 10:10 Neft ucuzlaşdı