Saytımızı qiymətləndirin


 
 

Çavuşoğlu: “Ermənistan artıq Bakıya yaxın ərazini belə atəşə tutur, bu, beynəlxalq cinayətdir”
Tarix: 05-10-2020 | Saat: 15:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

Çavuşoğlu: “Ermənistan artıq Bakıya yaxın ərazini belə atəşə tutur, bu, beynəlxalq cinayətdir”

“Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına hücumları yeni hal deyil”.

Qarabaginfo.az-ın  xəbərinə görə, bu barədə M. Çavuşoğlu Ankarada səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyəli nazir Xocalıda 600-dən çox günahsız insanın qətlə yetirildiyini xatırladıb.

“Bu il iyulun 12-dən başlayaraq Ermənistan hücumlarını davam etdirir. Artıq Bakıya yaxın ərazini belə atəşə tuturlar. Bu, beynəlxalq cinayətdir. Bütün beynəlxalq təşkilatlar, dövlətlər bu məsələdə ya hər iki tərəfə eyni münasibət göstərirlər, ya da Ermənistanın tərəfini tuturlar. NATO da bu məsələdə hər iki tərəfə eyni münasibəti nümayiş etdirir. Güclünün deyil, haqlının yanında olmaq lazımdır. 30 ildir Azərbaycan torpaqları işğal altındadır və bir milyondan çox qaçqın və məcburi köçkün var”, - deyə M. Çavuşoğlu qeyd edib.



Xəbəri paylaş

340 dəfə oxunub.

Digər xəbərlər
7-12-2020, 10:15 Neft ucuzlaşdı