Saytımızı qiymətləndirin


 
 

“Payız və qış çox ağır keçəcək” – Pandemiyanın ikinci dalğasının başladığı ÖLKƏLƏR
Tarix: 14-09-2020 | Saat: 12:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Koronavirus pandemiyasının ilk dalğasını dəf etdikdən sonra nisbətən stabilləşən epidemioloji vəziyyət yenidən pisləşməyə doğru gedir.

Qarabaginfo.az Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, sentyabrın 14-ü COVID-19-a yoluxanların sayına görə, sutkalıq rekordu yeniləyib. Belə ki, 1 gündə 307,9 min insan virusa yoluxub. Bundan öncəki rekord sentyabrın 6-na təsadüf etmişdi. Həmin gün 304,6 min insan virusa yoluxmuşdu.

 

Statistikaya görə, hazırda dünyada 28,7 milyon insan COVID-19-a yoluxub. Ən çox yoluxma ABŞ (6,4 milyon), Hindistan (4,7 milyon) və Braziliyanın (4,3 milyon) payına düşür.

Sutkalıq yoluxma hallarının artması ekspertlərin aylar öncə xəbərdarlıq etdikləri ikinci dalğanın gəlişindən xəbər verir. Artıq bir sıra ölkələr yoluxma hallarının yenidən kəskin artması səbəbilə karantin rejimi sərtləşdirməyə, qadağaları yenidən bərpa etməyə başlayıb.

 

Belə ki, Avstriya kansleri Sebastian Kurts ölkədə ikinci dalğanın başlandığını elan edib.

“İndi bizim yaşadıqlarımız ikinci dalğanın başlanğıc mərhələsidir. Yoluxma gündən günə artır. Payız və qış çox ağır keçəcək”.

 

Kansler ortalama 350 yoluxamanın qeydə alındığı Avstriyada son günlər yoluxanların sayının 850-yə çatdığını açıqlayıb. O, epidemioloji vəziyyətin gərginləşəcəyi halda yoluxmanın sutkada 1000 nəfər çatacağını proqnozlaşdırır.

 

Eyni fikri Çexiya rəsmiləri də təkrarlayıb. Belə ki, yazda virusda sutkalıq yoluxma 400 nəfər idisə, son günlər Çexiyada sutkalıq yoluxma 1500 nəfəri keçir. Proqnozlara görə, yoluxma tempi artmağa davam edərsə, oktyabrın sonları üçün ölkənin bütün xəstəxanaları pasientlərlə dolacaq.

Fransada isə son sutkada 10 min yeni yoluxmanın qeydə alınması maska taxmaqla bağlı qaydaların sərtləşdirilməsinə gətirib çıxarıb. Amma karantin rejimini bərpası iqtisadi səbəblərdən hələ müzakirə olunmur.

Sentyabrda yoluxma hallarının əvvəli aylara nisbətən 30% artması Böyük Britaniyada da bəzi qadağaların bərpasına səbəb olub. Artıq insanların 6 nəfərdən artıqü bir yerə toplaşması qanunla qadağandır.

 

Epidemioloji vəziyyəti nəzarətə almış İsrail də ikinci dalğanın fəsadları ilə üzləşib. Sutkalıq yoluxmanın 2-3 min arasında dəyişdiyi ölkədə sentyabrın 18-dən sərt karantin rejimi bərpa olunur. Baş nazir Benyamin Netanyahu ölkənin virusa yoluxanların əhalinin sayına nisbətdə ən çox artdığı ölkələrdən biri olduğunu açıqlayıb.

Ölkədə kafe, restoran, ticarət mərkəzləri və məktəblər 3 həftə (18 sentyabr - 9 oktyabr) bağlı qalacaq. Bundan başqa, bəzi şəhərlərdə komendant saatı elan olunacaq, insanların yaşayış yerini 500 metrdən artıq məsafədə tərk etmək qadağan olunacaq.

 

 

Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun rəhbəri Hans Klüge isə payızın ortalarından Avropada epidemioloji vəziyyətin kəskin pisləşəcəyini gözləyir. Bunun nəticəsində oktyabr və noyabrda ölüm halları kəskin artacaq.Modern.az



Xəbəri paylaş

325 dəfə oxunub.

Digər xəbərlər