Saytımızı qiymətləndirin


 
 

Bakıda mühəndisin istintaqı yekunlaşdı
Tarix: 09-09-2020 | Saat: 17:56
Bölmə:Karusel / Kriminal | çapa göndər

Bakıda mühəndisin istintaqı yekunlaşdı

Bu il mayın 22-də paytaxtın Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən yataqxanada yaşayan 2013-cü il təvəllüdlü Amin Əliyevin yaşadığı binanın girişində quraşdırılmış elektrik naqillərinə toxunması nəticəsində yanıq xəsarətləri alması faktı üzrə Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə Qarabaginfo.az-a Yasamal Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Yasamal rayonu 138 nömrəli mənzil komunal-istismar sahəsinin mühəndisi Ağalar İbrahimovun həmin müəssisənin balansında olan Yasamal rayonu, Z.Xəlilov küçəsi 14 ünvanında yerləşən yataqxananın 1-ci girişində yerləşən alçaq gərginlikli elektrik naqillərinin birləşdiyi yardımçı otağın açıq vəziyyətdə olmasını müəyyən edərək həmin yerin qapı və ya digər hər hansı vasitə ilə bağlanmasını və bununla da təhlükəsiz istismarını təmin etməli olduğu halda bunu etməyərək işə vicdansız və laqeyd münasibət göstərərək xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində Amin Əliyevin ehtiyatsızlıqdan həmin naqillərə toxunaraq yanıq xəsarətləri almasına əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.



Xəbəri paylaş

392 dəfə oxunub.

Digər xəbərlər