Saytımızı qiymətləndirin


 
 

Deputat BNA-nın taksilərlə bağlı qərarına etiraz etdi
Tarix: 03-09-2020 | Saat: 14:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayevin taksilərlə bağlı məlum çıxışı ölkədə geniş etirazlara səbəb olub.


Qarabaginfo.az xəbər verir ki, BNA-nın taksilərlə bağlı vahid qiymət siyasətindən narazı olan vətəndaşlar bunu kəskin etirazla qarşılayıblar.


Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdirinin taksilərlə bağlı söylədiyi fikir çox düzgün olaraq narazılığa səbəb olub:


"Hər bir vətəndaşımızın taksidən istifadə etmək imkanı olmalıdır, taksi xidmətinin hamı üçün əlçatan olmasına narazılıq etmək yox, onu dəstəkləmək lazımdır. Hər yerdə olduğu kimi taksi xidmətində də rəqabət olmalıdır, qiymətləri bazar və tələb-təklif müəyyənləşdirməlidir.


Eyni zamanda taksi fəaliyyəti ilə məşğul olan insanlarımızın ucuz kreditlə vaxtaşırı öz avtomobillərini yeniləməsi üçün proqram hazırlanmasına da ehtiyac vardır".(baku.ws)



Xəbəri paylaş

393 dəfə oxunub.

Digər xəbərlər