Trend qlobal informasiya məkanında inkişafa doğru beynəlxalq strategiyasını həyata keçirməyə davam edir. Trend-in törəmə fransızdilli layihəsi, Parisdə yerləşən lagazette.fr internet-qəzeti artıq Fransada fəaliyyətə başlayıb. Bundan əlavə, yaxın gələcəkdə oxşar layihələrin digər Avropa ölkələrində də inkişafı planlaşdırılır.

Hesab edirəm ki, bu, kiçik özəl xəbər agentliyi üçün böyük bir nailiyyətdir. Day.Az media şirkətinin kollektivi adından Trend BİA-nı və agentliyinin inkişafına töhvələrini vermiş bütün jurnalistləri təbrik edirəm, peşəkar fəaliyyətlərində onlara daha böyük uğurlar diləyirəm!