Saytımızı qiymətləndirin


 
 

Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb - Foto
Tarix: 06-12-2017 | Saat: 20:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

"Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vyanada həmsədrlərlə görüşü başlayıb". Modern.az xəbər verir ki, bu barədə Azərbaycan  Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Tvitter" səhifəsində yazıb.

 

Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri - amerikalı Endryu Şofer, fransalı Stefan Viskonti, rusiyalı İqor Popov və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.

 

Nazir həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edir. 

 

H.Hacıyev bildirib ki, Azərbaycan substantiv danışıqlar vasitəsi ilə ATƏT-in Minsk qrupu həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.

 

Qeyd edək ki, bu gün E. Məmmədyarovun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşü nəzərdə tutulur.

 



Xəbəri paylaş

644 dəfə oxunub.

Digər xəbərlər