Saytımızı qiymətləndirin


 
 

Karantin günlərində övladına toy edən keçmiş deputat İlham Əliyev məhkəməyə gətirilib 
Tarix: 22-08-2020 | Saat: 13:14
Bölmə:Karusel / Siyasət | çapa göndər

Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarılıb.

Qarabaginfo.az xəbər verir ki, İ. Əliyev və R. Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilib. İşə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılır.

Məhkəmə karantin qaydalarını pozduqlarına görə onların barəsində qərar verəcək. Onlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinirlər. 

Bu maddə üzrə təqsirli bilinən fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.

 

Əlavə edək ki, İ. Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir. APA

 



Xəbəri paylaş

528 dəfə oxunub.

Digər xəbərlər