Saytımızı qiymətləndirin


 
 

Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü ötüb - FOTO - VİDEO
Tarix: 05-08-2020 | Saat: 10:12
Bölmə:Karusel / Dünya | çapa göndər

Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı artıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb. 

Bildirilib ki, hadisə nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

 

Partlayış zamanı xəsarət alanların sayı isə 4 mini keçib.

 

Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

 istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, partlayış zamanı, həmçinin 4 minədək insan xəsarət alıb.

 

Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində azı 73 nəfər ölüb, 3,7 mindən çox insan isə xəsarət alıb.

Ölkənin Səhiyyə naziri Hamad Hassana istinadən öz "Twitter" səhifəsində məlumat yayıb.

 

Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

Bu barədə məlumatı "Al Jazeera" telekanalı ölkənin Səhiyyə naziri Hamad Hassana istinadən yayıb.

Məlumata görə, 3,7 mindən çox insan da xəsarət alıb. Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.

 

Livanda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri keçib.

Ölkənin Səhiyyə Nazirliyinə istinadən "Twitter" vasitəsilə məlumat yayıb. Məlumata görə, 2750 nəfər də xəsarət alıb.

Ölkənin Səhiyyə naziri Hamad Hassan azı 40 nəfərin öldüyünü, azı 2500 nəfərin də yaralandığını təsdiqləyib. Nazirin sözlərinə görə, ölənlərin arasında tibb işçiləri və həkimlər də var. O, ölü və yaralı sayının artacağını istisna etməyib.

 

Livanın paytaxtı Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

"Al Hadath" telekanalına xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Hamad Hassan bildirib. Onun sözlərinə görə, insident nəticəsində azı 30 nəfər ölüb, 2,5 mindən çox insan xəsarət alıb.

Partlayış zamanı yüzlərlə insanın yaralandığını Qırmızı Xaç Cəmiyyətinin Livan ofisi də təsdiqləyib. Ofisin bildirdiyinə görə, partlayış nəticəsində 2,2 min insan xəsarət alıb. Ancaq bunun da son rəqəm olmadığı qeyd edilir.

“Al Jazeera” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, hazırda Beyrut xəstəxanaları yaralılarla dolub. Yer çatışmazlığından yaralılar Beyrutdan kənardakı xəstəxanalara göndərilir.

Hazırda insidentin səbəbləri dəqiqləşdirilir. Ehtimallar arasında terror aktı da araşdırılır.

Qeyd edək ki, partlayışdan sonra bir çox ölkələr (ABŞ, İsrail, Rusiya, Qətər və b.) Livana humanitar yardım göndərməyi təklif edib.

 

Livanın “Al-Kataib” partiyasının baş katibi Nizar Nacaryan Beyrutda baş vermiş partlayış nəticəsində ölüb.

Bu barədə “Al Arabiya” telekanalı özünün “Twitter” səhifəsində məlumat yayıb.

Qeyd edək ki, bir qədər əvvəl telekanal Nacaryanın ağır yaralandığını və huşsuz vəziyyətdə olduğunu bildirmişdi.

Son məlumatlara görə, partlayış 12 nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olub. Hazırda hadisə yerində yanğından mühafizə briqadaları işləyir, əraziyə helikopterlər də cəlb olunub.

Qeyd edək ki, Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib.

 

Beyrutda baş vermiş partlayış nəticəsində azı 10 nəfər ölüb.

Bu barədə “Reuters” agentliyi Livan təhlükəsizlik qüvvələri və səhiyyə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl “Al Arabiya” telekanalı partlayışda azı 6 nəfərin öldüyünü bildirmişdi.

Partlayış nəticəsində yüzlərlə yaralının olduğu da deyilir.

“Sky News Arabia” telekanalı paytaxt qubernatoruna istinadən xəbər verib ki, yanğından mühafizə briqadalarından biri ilə əlaqə kəsilib, onların yeri məlum deyil.

 

Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində azı altı nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“Bir qədər əvvəl Livan paytaxtının limanında pirotexnika anbarında baş vermiş partlayış bölgəsində altı nəfərin cəsədi tapılıb”, - deyə telekanalın məlumatında deyilir.

 

Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış baş verib.

 “TASS” xəbər verir ki, partlayışın dalğası Livan paytaxtında yaşayış sahələrinə də təsir edib. Bəzi evlərə və ofislərə ziyan dəyib. İlkin məlumata görə, onlarla insan xəsarət alıb.

Partlayışın səbəbləri hələ ki müəyyən edilməyib.

“Al Hadath” telekanalının bildirdiyinə görə, dəniz limanı ərazisinə raket zərbəsinin endirilməsi istisna olunmur. “Al Mayadeen” telekanalı isə partlayışın pirotexnika anbarında baş verdiyini bildirib. APA



Xəbəri paylaş

455 dəfə oxunub.

Digər xəbərlər