Saytımızı qiymətləndirin


 
 

SOCAR: Cənubi Qaz Dəhlizi payızda tam hazır olacaq
Tarix: 17-07-2020 | Saat: 13:38
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

 

 

SOCAR: Cənubi Qaz Dəhlizi payızda tam hazır olacaq

 

 

 

 

Bəzilərinin İtalyanın cənubunda Cənubi Qaz Dəhlizinin (CQD) Albaniyaya birləşdiyi seqmentinin vaxtında inşa olunacağına şübhə ilə yanaşmasına baxmayaraq, CQD bu ilin oktyabr-noyabr aylarında tam hazır olacaq.

Qarabaginfo.az- a verdiyyi məlumatına görə, bunu Xəzər Siyasi Mərkəzinin (CPC) koronavirusun enerji sektoruna təsiri ilə bağlı keçirdiyi onlayn müzakirələrdə çıxış edən SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

Transxəzər əməkdaşlığına toxunan E. Nəsirov bildirib ki, Azərbaycanın Xəzərin şərqində yerləşən ölkələrlə sıx əməkdaşlıq edir.

"SOCAR Türkmənistandan neft məhsulları idxal edərək emal edir və daha sonra alınan aviasiya yanacağını, qazolini Avropa və Əfqanıstana tədarük edir. Qeyd edək ki, Transxəzər əməkdaşlığında Türkmənistan ən maraqlı tərəfdir. Biz Türkmənistana Cenevrə-Bakı-Aşqabad yük aviareysinin maliyyələşdirməsi üçün xüsusi təklif məktubu göndərdik, lakin COVID-19 pandemiyası bu planlarımıza maneə oldu. Eyni vaxtda biz Türkmənistanla daha sıx əməkdaşlıq yaratmaq üçün Aşqabadda SOCAR-ın ofisini açmağa onlara təklif etmişik", - deyə E. Nəsirov bildiri



Xəbəri paylaş

344 dəfə oxunub.

Digər xəbərlər