Saytımızı qiymətləndirin


 
 

Türkiyənin Müdafiə naziri: “Ermənistan törətdiyi təxribatın cavabını mütləq verəcək”
Tarix: 16-07-2020 | Saat: 16:13
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyənin Müdafiə naziri: “Ermənistan törətdiyi təxribatın cavabını mütləq verəcək”

"Ermənistan Azərbaycanla sərhəddə, Tovuz ərazisində törətdiyi təxribatını cavabını mütləq verəcək".

Qarabaginfo.az xəbər verir ki, APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirovla görüş zamanı deyib.

Nazir qeyd edib ki, Ermənistan törətdiyi təxribatla həddini aşıb.

Tovuza edilən hücumlarla bağlı hansı addımın atılması lazımdırsa, onu edəcəyik. Azərbaycanın ağrıları, bizim ağrılarımızdır. Orada yaşanan hər bir sıxıntı bura da öz təsirini göstərir. Bunu hamınızın bilməsini istərdim. Dağlıq Qarabağın işğalını, bu qanunsuzluğu qəbul etməyimizin mümkün olmadığını bildirmişik. Bir millət, iki dövlətik, dilimiz, dinimiz, tariximiz, anlayışımız birdir. Biz Türkiyə dövləti və Türkiyə Silahlı Qüvvələri olaraq nə etməyimiz lazımdırsa, bu günə qədər necə dəstək vermişiksə, yenə də buna davam edəcəyik”, - deyə nazir vurğulayıb.

Sevil Ünal Hilalqızı



Xəbəri paylaş

404 dəfə oxunub.

Digər xəbərlər