Saytımızı qiymətləndirin


 
 

İstirahət mərkəzləri ilə bağlı məhdudiyyət tətbiq edilir - DİQQƏT
Tarix: 18-06-2020 | Saat: 11:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 

İyunun 14-16-da Azərbaycanın 4 şəhər və 5 rayonunda tətbiq edilən küçəyə çıxma qadağası həmin ərazilərdə yaşayan insanların başqa regionlara üz tutmasına səbəb oldu. İyunun 16-da Bakının Astara, Quba və Şamaxı istiqamətindən girişlərində yaranan bir neçə kilometrlik tıxaclar da bunun sübutu oldu. Həmin günlərdə insanların istirahət üçün getdikləri rayonlarda sıxlıq yaşandı.

 

Qarabaginfo.az-ın xəbərinə görə, artıq bu sıxlığın qarşısını almaq üçün bəzi rayonların istirahət zonalarında məhdudiyyətlər tətbiq olunmağa başlanılıb. Onlardan biri də Masallı rayonunda yerləşən “İsti su” istirahət və müalicə mərkəzidir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev açıqlamasında bildirib ki, qeyd edilən ərazidə bəzi məhdudiyyətlərin tətbiq edilməsi qərarı ilə bağlı polis əməkdaşları xidmət aparır: “Həmin əraziyə müalicə üçün gələn şəxslərə heç bir məhdudiyyət yoxdur. İstirahət etmək üçün gələnlərin sayına nəzarət olunur ki, istirahət mərkəzinə tutumundan çox insan daxil olmasın və ərazidə sıxlıq yaranmasın. Həmçinin, yoluxma sayının yüksək olduğu rayon və şəhərlərdən gələnlər də diqqətdə saxlanılır ki, digər şəxslərlə sıx ünsiyyətdə olmasınlar”.Qafqazinfo

 



Xəbəri paylaş

390 dəfə oxunub.

Digər xəbərlər