Saytımızı qiymətləndirin


 
 

"Azərişıq" Azərbaycan kommunal xidmətləri sahəsində ilkə imza atdı
Tarix: 12-06-2020 | Saat: 14:33
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

 

"Azərişıq" ASC-də Baş Nazir Əli Əsədovun bir neçə gün öncə "Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi ilə bağlı imzaladığı qərara həsr edilmiş mətbuat konfransı keçirilib.

Qarabaginfo.az xəbər verir ki, mətbuat konfransında çıxış edən qurumun Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli və İnformasiya texnologiyaları departamentinin rəisi Qalib Həmidov yeni qərar barədə ətraflı məlumat veriblər.

V.Nəbibəylinin sözlərinə görə, Baş Nazirin qərarı məişət abonentinə ənənəvi kağız bildirişlə yanaşı SMS bildiriş almasına da imkan yaradacaq:

"Artıq abunəçilər həm mobil nömrələrinə SMS vasitəsi ilə, həm də elektron poçt vasitəsi ilə bildirişlər ala biləcəklər. Bu isə bizə imkan verəcək ki, gələcəkdə kağız bildirişlərdən imtina edək. Onu da qeyd edim ki, bu Azərbaycan kommunal sistemləri tarixində ilk belə addımdır".

Q.Həmidov isə hazırda abonentlərin bir çoxunun bu sistemdən istifadə etdiyini bildirdi:

"Biz bu sistemi mart ayında istifadəyə verdik və sonra hökumətə təklif etdik ki, pandemiya şəraitində bundan istifadənin genişləndirilməsi üçün bunun qaydalara salmağa ehtiyac var. Bundan əlavə biz artıq bir neçə ildir ki, azerishiq.az saytında abunəçiyə "Elektron kabinet" yaratmağa imkan yaratmışıq. Elektron kabineti olan abunəçilər SMS bildiriş sisteminə, yaxud avtomatik geri qoşulma imkanı yaratmışıq. Ümumilikdə 2 509 066 məişət abunəçimiz var. Hazırda onlardan 1 057 431 abonent SMS bildirişlərdən istifadə edir ki, onların da 1 057 237 abunəçi öz GSM məlumatını sistemə daxil edib. Son 2 ayda istehlakçılara 5 128 372 SMS göndərilib. Hər bir abunəçi hər ay maksimum 3 dəfə bu xidmətdən istifadə edə bilər".

"Azərişıq" rəsmiləri SMART kart abunəçiləri üçün də yeniliklər edəcəklərini açıqlaıyblar:

"Tezliklə biz bu növ abunəçilərə "Card Reader"lər təqdim edəcəyik. Hazırda pandemiya dövrüdür və bu bir daha onlara şərait yaradacaq ki, evdən çıxmadan həmin qurğu vasitəsi ilə hesablarına pul əlavə etsinlər"



Xəbəri paylaş

354 dəfə oxunub.

Digər xəbərlər