Saytımızı qiymətləndirin


 
 

Bu gün Rusiyadan daha 122 azərbaycanlı təxliyə ediləcək
Tarix: 09-06-2020 | Saat: 12:21
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya əhalisinin yaş bölgüsü – Novator.az

 

Bu gün daha 122 Azərbaycan vətəndaşının Rusiyadan Vətənə qayıtması təmin olunacaq. 

Qarabaginfo.az xəbər verir ki, bunu "Report"un Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov deyib.

O bildirib ki, hazırda Rusiya-Azərbaycan sərhədində olan soydaşlarımız avtobuslar vasitəsilə buraxılış məntəqəsinə aparılıb: "Gün ərzində sərhədi keçənlərin sayında artım ola bilər. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”.

Qeyd edək ki, sonuncu dəfə Rusiyadan 120 Azərbaycan vətəndaşı təxliyə olunub. 



Xəbəri paylaş

374 dəfə oxunub.

Digər xəbərlər