Saytımızı qiymətləndirin


 
 

İki günlük qadağa Bakıda marketlərdə izdiham yaratdı
Tarix: 05-06-2020 | Saat: 10:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

İki günlük qadağa Bakıda marketlərdə izdiham yaratdı

Koronavirusa yoluxanların sayının kəskin artması səbəbi ilə dünya təcrübəsinə əsaslanaraq artıq Azərbaycanda da həftə sonlarında küçəyə çıxmaq qadağasının tətbiqinə başlanılıb. Rəsmi olaraq 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. İki gün ərzində vətəndaşlar yalnız həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, yaxın qohumların dəfni üçün evi tərk edə bilərlər. Digər halda cərimələr tətbiq olunacaq.

TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı dünən baş tutan mətbuat konfransında belə bir qaydanın tətbiqi ilə bağlı müraciət etdiklərini bildirərək, əhaliyə xəbərdarlıq etmişdi. Qurum rəsmisi, ərzaq mağazaları və supermarketlərə faktiki vəziyyətlə bağlı iş saatlarını bir qədər uzatmalarını tövsiyə edərək vətəndaşları iki günlük lazımi alış-veriş etməyə çağırmışdı. Bildirmişdi ki, supermarketlərdə sıxlıq yaranmamalı və sosial məsafəyə diqqət yetirilməlidir.

İlk qapanma zamanı qonşu Türkiyədə lentə alınmış kadrlarda əks olunanlar ölkəmizdə yaşanmasa da, yenə də bəzi marketlərdə sıxlıqlar müşahidə olundu. Supermarketlərin əksəriyyətində rəflərin boşaldıldığı, müştərilərin eyni məhsuldan 2 və daha çox götürdüyü müşahidə olunur. Hətta lentə alınmış kadrlardan birində bir şəxsin 7 balon turşu aldığı əks olunub və sözügedən hal sosial şəbəkələrdə qınağa səbəb olub. Bununla yanaşı, toyuq məhsulları, makaron, düyü və un məmulatları da bir neçə ədəd olmaqla alınan əsas ərzaqlardandır. 

“Qafqazinfo”

 



Xəbəri paylaş

329 dəfə oxunub.

Digər xəbərlər