Saytımızı qiymətləndirin


 
 

İnam Kərimovla amerikalı həmkarı arasında onlayn görüş keçirlib - Fotolar
Tarix: 22-05-2020 | Saat: 14:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

İnam Kərimovla amerikalı həmkarı arasında onlayn görüş

ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə Azərbaycan Kənd Təsərrüfatı naziri İnam Kərimov və ABŞ-ın Oklahoma ştatının Kənd Təsərrüfatı naziri Bleyn Artur arasında onlayn görüş keçirilib.

Qarabaginfo.az xəbər verir ki, görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberger, Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri Elin Sülyemanov, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan missiyasının direktoru Caydev Sinx və USACC-nin Direktorlar Şurasının sədri Reza Vəziri iştirak edib.

Görüş zamanı nazirlər Azərbaycan və Oklahoma ştatının kənd təsərrüfatında hazırki vəziyyət, eləcə də qlobal pandemiyanın bu sektora təsiri barədə müzakirələr aparıblar. İnam Kərimov Azərbaycanda hökumətin görmüş olduğu qabaqlayıcı tədbirlər nəticəsində kənd təsərrüfatının ölkə iqtisadiyyatında ən az ziyan çəkmiş sektor olduğunu bildirib. Öz növbəsində, Bleyn Artur pandemiyanın ştatın kənd təsərrüfatına təsiri barədə nazir İnam Kərimovu məlumatlandırıb.

Tərəflər qlobal pandemiya kimi çətin dövrlərdə kommunikasiya xətlərinin açıq saxlanılması barədə razılaşıb və tərəfdaşlıq əlaqələrinin spesifik layihələrlə, xüsusilə kənd təsərrüfatında təhsil sahəsində layihələrlə gücləndirməyə hazır olduqlarını ifadə ediblər.

Görüş ABŞ-Azərbaycan Ticarət Palatası və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan missiyası (USAID/Azərbaycan) arasında ötən ilin aprel ayında imzalanmış tərəfdaşlıq sənədi çərçivəsində təşkil edilib.



Xəbəri paylaş

469 dəfə oxunub.

Digər xəbərlər