Saytımızı qiymətləndirin


 
 

OECD: Azərbaycan karantin hesabına koronavirusun yayılmasını əngəlləyə bildi
Tarix: 25-04-2020 | Saat: 13:28
Bölmə:Karusel / Sosial / Dünya | çapa göndər

 

 

Cənubi Qafqaz ölkələri daha sərt karantin tədbirləri vasitəsilə koronavirusun (COVID-19) yayılmasını yavaşlatmağı bacardılar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hazırladığı “COVID-19: Şərq Tərəfdaşlığı ölkələrinin böhrana cavabı” adlı hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, koronavirus pandemiyası başlayandan sonra Şərq Tərəfdaşlığı ölkələri virusu əngəlləmək üçün təcili tədbirlər gördülər: “İrana yaxın olduqlarını nəzərə alan Azərbaycan, Ermənistan, Gürcüstan səfərlər, kütləvi toplantılar üçün məhdudiyyətlər tətbiq edib, məktəbləri bağlayıblar. Lakin COVID-19-un regionda yayılması Şərq Tərəfdaşlığı ölkələrinin əksəriyyətini daha sərt karantin tədbirlərinə əl atmağa, bəzi hallarda hətta fövqəladə rejim tətbiq etməyə vadar etdi”.

 

 

Koronavirus pandemiyasının dünya iqtisadiyyatına böyük zərbələr vurduğunu qeyd edən hesabat müəllifləri göstərir ki, region ölkələrində də dövlət istiqrazlarının gəlirlilik dərəcəsi, habelə valyuta məzənnələrinin dəyişkənliyi sərmayədarların yerli iqtisadiyyata etimadının azaldığını göstərir: “Azərbaycan istisna olmaqla Şərq Tərəfdaşlığı ölkələrində milli valyutaların xeyli ucuzlaşması, dövlət istiqrazlarının artan gəlirliliyi ilə nəticələnib. Bu da sözügedən ölkələrdə dövlət maliyyə sisteminin sabitliyinə dair narahatlığın gücləndiyinə dəlalətdir”.

 

 

Azərbaycanla bağlı sənəddə pandemiyanın iqtisadi fəsadlarını aradan qaldırmaq istiqamətində hökumətin atdığı addımlar qeyd olunur: “Azərbaycanda geniş iqtisadi dəstək proqramı qəbul edilib. Bu çərçivədə 2,5 milyard manatlıq on dəstək zərfindən birincisi ən çox zərərə uğraması gözlənilən dörd iqtisadi sahəyə, o cümlədən turizmə yönəldilir. Hökumət işçilərin məvacibini bütövlüklə və yaxud qismən ödəmək niyyətindədir. İkinci dəstək zərfi isə mikro sahibkarlığa yardım üçün nəzərdə tutulub”. "Report"



Xəbəri paylaş

396 dəfə oxunub.

Digər xəbərlər