Saytımızı qiymətləndirin


 
 

Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq
Tarix: 21-04-2020 | Saat: 10:14
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

 

Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə videobağlantı formatında baş tutacaq.

Görüş zamanı tərəflər COVID-19 pandemiyası ilə mübarizə aparıldığı hazırkı vaxtda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəli aparılması yollarını müzakirə edəcəklər.

Xatırladaq ki, aprelin 20-də E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şafer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə videobağlantı formatında görüş keçirib. "Report"



Xəbəri paylaş

392 dəfə oxunub.

Digər xəbərlər