Saytımızı qiymətləndirin


 
 

Elnur Məmmədli və Efendi birgə layihədə -  VİDEO
Tarix: 22-03-2020 | Saat: 12:18
Bölmə:Karusel / Sosial | çapa göndər

 

 

Qarabaginfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan İdman Jurnalistləri Federasiyası koronavirusa qarşı mübarizə mövzusunda videoçarx hazırlayıblar.

 Videoçarxda gənclər və idmançılar əhalini hökumətin tövsiyələrinə riayət etməyə, ehtiyac olmadıqca evdə qalmağa səsləyiblər və koronavirusa qarşı mübarizə yollarını izah ediblər.

Videoçarxda Dünya Skaut Komitəsinin üzvü İlyas İsmayıllı, Azərbaycanın Avroviziya təmsilçisi Efendi, Prezident mükafatçısı Sabir Rüstəmov, Olimpiya çempionu Elnur Məmmədli, üçqat dünya çempionu Hacı Əliyev, gimnastika üzrə Avropa çempionatının mükafatçısı Zeynəb Hümmətova çəkiliblər.

Çəkilişlər Heydər Əliyev Mərkəzi, Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Heydər Əliyev Sarayı, Bakı Konqres Mərkəsi, Su İdmanı Sarayı və "Baku Crystal Hall" önündə aparılıb. 



Xəbəri paylaş

427 dəfə oxunub.

Digər xəbərlər