Saytımızı qiymətləndirin


 
 

9-cuların buraxılış imtahanı təxirə salındı
Tarix: 03-03-2020 | Saat: 12:22
Bölmə:Karusel / Sosial | çapa göndər

9-cuların buraxılış imtahanı təxirə salındı

 

Dövlət İmtahan Mərkəzi bir neçə rayonda keçiriləcəyi planlaşdırılan buraxılış imtahanını təxirə salıb.

"Qaabaginfo" xəbər verir ki, 9 mart 2020-ci il tarixində Gəncə, Lənkəran, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağstafa, Ağsu, Bərdə, Biləsuvar, Göygöl, İmişli, Kürdəmir, Lerik, Oğuz, Qazax, Qəbələ, Saatlı, Sabirabad, Samux, Şabran, Şamaxı, Tərtər, Tovuz, Xaçmaz, Yevlax, Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qeyd olunan tarixdə keçirilməsi planlaşdırılan imtahan təxirə salınıb.



Xəbəri paylaş

433 dəfə oxunub.

Digər xəbərlər