Saytımızı qiymətləndirin


 
 

Metroda qatarların hərəkəti bərpa olundu -  Yenilənib
Tarix: 27-02-2020 | Saat: 18:08
Bölmə:Karusel / Sosial / Cəmiyyət | çapa göndər

Metroda qatarların hərəkəti bərpa olundu

 

Bakı metrosunda gərginliyin düşməsi nəticəsində qatarların hərəkəti dayanıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Qarabaginfo”ya bildirib ki, metronun “Koroğlu” stansiyasından “Həzi Aslanov”a qədər gərginlik düşüb. Bu da qatarların hərəkətinin dayanmasına səbəb olub:

"Bu gün saat 15:48-də metropolitenə gələn elektrik xətlərində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb. Xətlərin bütün sahələrində gərginlik bərpa olunub, yalnız "Xalqlar dostluğu" və "Həzi Aslanov" sahəsində gələn elektrik enerjisinin dayanıqlığı olmadığından 3 stansiyanın fəaliyyəti dayandırılıb. Hər 3 stansiyada dizel generatorlar qoşularaq qatarlar stansiyalara çıxarılıb və sərnişinlər təxliyyə olunub. Hazırda tunellərdə qalan qatar yoxdur.

Dizel generatorlar o halda qoşulur ki, qatarlar stansiyalara çıxarılır, sərnişinlər təxliyyə olunur. Daha sonra gərginliklə bağlı problem olan həmin sahədə metropolitenin infrastruktur yolları yoxlanıldıqdan sonra qatarların hərəkəti minimal tələblər səviyyəsində bərpa olunur".

***

B.Məmmədov "Qarabaginfo"ya bildirib ki, artıq elektrik enerjisinin dayanıqlığı təmin olunub və hər 3 stansiyada hərəkət bərpa edilib: 

"Elektrik enerjisnin verilişində dayanıqlıq təmin olunduğundan saat 17:14-dən "Xalqlar dostluğu-Həzi Aslanov" sahəsində qatarların hərəkəti bərpa olunub. Hər 3 stansiya - "Həzi Aslanov", "Əhmədli", "Xalqlar dostluğu" stansiyaları sərnişinlərin girişi üçün açılıb". "Qafqazinfo.az"

 

 



Xəbəri paylaş

372 dəfə oxunub.

Digər xəbərlər