Saytımızı qiymətləndirin


 
 

“Bakı mənim doğma şəhərimdir”  - Fotolar
Tarix: 13-02-2020 | Saat: 10:12
Bölmə:Karusel / Dünya | çapa göndər

“Bakı mənim doğma şəhərimdir”

 

“Mən Bakını sevirəm. Mən hesab edirəm ki, bu, mənim doğma şəhərimdir”.

"Qarabaginfo" “Qafqazinfo.az”a istinadən məlumatına görə, bu sözlərlə tanınmış sovet aktyoru və rejissoru, “Et Cetera” teatrının bədii rəhbəri Aleksandr Kalyaqin Azərbaycanın paytaxtına olan münasibətini bildirib.

Kalyaqinin sözlərinə görə, bu, təkcə onun Bakıda Azərbaycan kino sənəti klassiklərinin “İstintaq”, “Bağlı qapı”, “Park” və “Özgə ömür” filmlərində çəkilməsi ilə bağlı deyil.

“Mən Bakıya, azərbaycanlılara və onların ölkəsinə vurğunam, bu ölkəni sevirəm. Azərbaycan təravətli, dadlı ölkədir”, - Bakıda sonuncu dəfə 2010-cu ilin ortalarında olduğunu və yenidən bura gəlmək istədiyini qeyd edən aktyor deyib.

Aleksandr Kalyaqin ("İstintaq" filmindən kadr)

Aleksandr Kalyaqin ("Bağlı qapı" filmindən kadr")

 

 



Xəbəri paylaş

471 dəfə oxunub.

Digər xəbərlər