Saytımızı qiymətləndirin


 
 

Yeni ixtisaslar yaradıldı –  Abituriyentlərin NƏZƏRİNƏ
Tarix: 08-02-2020 | Saat: 09:50
Bölmə:Karusel / Sosial | çapa göndər

Azərbaycanda II ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 4 yeni ixtisas yaradılıb.

 

Qarabaginfo xəbər verir ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

 

Beləliklə, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Sənayenin təşkili və idarə olunması, Kommersiya, Turizm və otelçilik ixtisasları ləğv edilib. II ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Beynəlxalq ticarət və logistika, Mühasibat, Turizm bələdçiliyi və Turizm işinin təşkili ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra II ixtisas qrupuna aşağıdakı 21 ixtisas daxildir:

 

 1. Coğrafiya müəllimliyi

 

2. Tarix və coğrafiya müəllimliyi

 

3. Beynəlxalq münasibətlər

 

4. Regionşünaslıq (regionlar üzrə)

 

5. Sosiologiya

 

6. Beynəlxalq ticarət və logistika

 

7. Biznesin idarə edilməsi

 

8. Davamlı inkişafın idarə edilməsi

 

9. Dövlət və bələdiyyə idarəetməsi

 

10. İqtisadiyyat

 

11. Maliyyə

 

12. Marketinq

 

13. Menecment

 

14. Mühasibat

 

15. Statistika

 

16. Coğrafiya

 

17. Hidrometeorologiya

 

18. İdman menecmenti və kommunikasiya

 

19. Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)

 

20. Turizm bələdçiliyi

 

21. Turizm işinin təşkili

 



Xəbəri paylaş

454 dəfə oxunub.

Digər xəbərlər